• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 16.02.2024 20:22

Prezident görüşlər keçirib

KepezTV Player

60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.

Münxendə Azərbaycanın dövlət başçısı qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb. *** Münxendə Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun da görüşü olub.

 Prezident qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyni ilə görüşüb.

Prezident İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.

 Azərbaycan Prezident ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Prezidenti İsxak Hersoq ilə görüşüb.