• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1080
— 14.02.2024 15:55

Kütləvi şəkildə zəhərlənənlər evə buraxılıblar

Şəmkirdə müxtəlif yaş aralığında 10 uşaqda  kütləvi zəhərlənmə halı  baş verib. İlkin ehtimala görə zəhərlənmə yeyilən dönərdən sonra baş verib. Hadisənin dəqiq başvermə səbəbi isə araşdırmalardan sonra bilinəcək. 

Zəhərlənənlər 9 yaşları olan Renat Quluyev, Cihat Cəlilov, Zəhra Nadirova, İpək Məmmədova, 4 yaşlı Ruzi Məmmədov, 10 yaşlı Asəf Məmmədli, 7 yaşlı Banu Məmmədli, 6 yaşlı Ömər Məmmədov, 11 yaşlı Sunal İsgəndərov və 16 yaşlı Aysu Məmmədovadır. Onlara Şəmkir Rayon Mərkəzi Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar. 

Sirac Hüseynov- həkim: “Ayın 10-u, 12-si və 14-ü tarixində müxtəlif vaxtlarda qida zəhərlənməsindən 3-11 yaşda uşaqlar daxil olublar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafi şəkildə evə buraxılıblar. Oları biz müşahidə altında saxladıq, vəziyyətləri barədə məlumatlarımız var. Zəng edib soruşmuşuq. Hamısının vəziyyəti yaxşıdır. Vəziyyətlərində heç bir ağırlaşma yoxdur. Normaldırlar”.

İlkin məlumata görə, zəhərlənmə dönər yeyəndən sonra müşahidə edilib. Hansı ki, Şəmkir şəhəri ərazisindəki dönər evlərinin birindən alınıb. Lakin dönərxanadan hadisə ilə bağlı açıqlama vermək istəmədilər. 

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalar aparır. 

Pərvin Abbaszadə