• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 13.02.2024 15:41

Sülh prosesinə zərbə

Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistanın təxribatları sülh prosesinə ciddi zərbədir. Məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə təhrikedici əməllər İrəvanın bəyan etdiyi sülh mesajları ilə ziddiyyət təşkil edir. Eyni zamanda, təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi missiyanın məqsəd və məramlarına dair suallar yaradır.

Ayxan Hacızadə- XİN-in Mətbuat xidməti idarəsinin rəisi: "Ermənistanın konstitusiyasında müxtəlif qanunvericilik aktlarında Azərbaycana qarşı irəli sürülmüş iddialar mövcud iddialar və qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması baş nazirin heç də bu ölkənin əsl niyyətinin sülhpərvər olduğunu göstərmir. Qeyd etmək istərdik ki Soçi və Praqa görüşlərində Ermənistan tərəfi Azərbaycanın ərazi bütövyülü və suverenliyini dəstəkləsədə sonradan 2023-cü ilin sentyabr ayında qondarma rejimin saxta müstəqilliyi münasibəti ilə təbrik mesajları çatdırması və eyni zamanda beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialar irəli sürülməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləmədiyini nümayiş etdirir".