1955-ci ildə Cənubi Sakit okeanda “Joyita” adlı ticarət gəmisinin heyəti müəmmalı şəkildə yoxa çıxr. Əlbəttə ki, gəmilərin itməsi və yaxud batması ilə bağlı faciələr çox olub. Lakin burada vəziyyət bir az fərqlidir. Öncə ona görə ki, gəmi elə hazırlanmışdı ki, batması mümkün deyildi. Adıçəkilən gəmi batmamışdı, amma içindəki 25 nəfərlik heyətdən bir nəfər də olsun tapılmır.
1973-cü ildə Missisipi ştatının Pascagoula şəhərində yaşayan iki kişinin başına gələn qəribə hadisəni nəzərinizə çatdırım. Deməli, Çarlz Hikson və Kalvin Parker adlı iki kişi balıq tutarkən yadplanetlilər tərəfindən qaçırıldığını iddia edib. Hikson və Parker iddia edir ki, onlar əvvəlcə vızıltı səsləri eşidir, daha sonra isə yanıb-sönən mavi işıq görürlər. 40 fut enində və 10 fut hündürlüyündə oval formalı bir obyekt peyda olur. Parker və Hikson şüurlu olduqlarını, lakin hərəkət edə bilmədiklərini, yadplanetlilərin onları qaçırdığını və buraxmazdan əvvəl üzərilərində bəzi təcrübələr apardıqlarını iddia edirlər. Təbii ki, bu əhvalata inanmayanlar, poliqrafiya testindən keçmələrini xahiş edənlər və iki nəfərdən birinin yəqin ki, “yuxuda gəzənlər” olduğunu deyənlər olur.
"Heracleum mantegazzianum" və ya "Nəhəng Hogweed" adı ilə tanınan bitki olduqca təhlükəlidir. Belə ki, adicə bu bitkinin kök və ya yarpaqlarına toxunan zaman insanın ölmə riski artır. Çünki, bitkinin kök və yarpaqları neyrotoksin maddəsi ilə əhatə olunmuşdur. Bu səbəbdən də, insan onunla təmasa girərsə, həmin maddə dəriyə keçər və oradan da birbaşa qana ötürülər. Nəticədə isə, ürək dayana bilər. Zəhərlənmənin ilkin əlamətləri isə, ağrı hiss etmə və dil tutulma hallarıdır. Hogweed bitkisinə görə, zəhərlənən və sağ qala bilən insanlar günəş şüasına uzun bir müddət çıxa bilməzlər. Bunun səbəbi isə, bədəndə qalan zəhərin günəş sayəsində tezliklə yayılmasıdır. Həmin müddət isə, 7-10 il arasında dəyişir. Bundan əlavə, zəhərlənmə nəticəsində xeyli insan kor olmuşdur və hələ də müalicə edilə bilməmişdir. Bu bitkinin meyvələri daha da zəhərli və ölümcüldür. Araşdırmalar zamanı məlum olmuşdur ki, bir qrup insan meşədə hərəkət edərkən, Hogweed bitkisinin meyvələri ilə rastlaşıb və onları dəriblər. Daha sonra həmin meyvələrdən salat hazırlayıb, qəbul ediblər. Nəticədə isə, qusma, baş ağrısı və başqa problemlərlə qarşılaşıblar. Bir müddət sonra isə, həmin şəxslər dünyasını dəyişib. Bu bitkiyə əsasən Cənubi Amerikanın Florida ərazisində rast gəlinir və onun olduğu ərazilər xüsusi taxta yazılarla xəbərdar edilmişdir.
Lalə Sadıqova
- Baxış: 132