KepezTV Player
Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib. Səfir Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra ölkədə həyata keçirilən quruculuq işləri və inkişaf strategiyası ilə bağlı Monako Şahzadəsini məlumatlandırıb. Səfir ikitərəfli əlaqələrə toxunaraq, ölkəmizin münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu deyib və bu istiqamətdə böyük potensialın mövcudluğunu vurğulayıb.
- Baxış: 146