Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib. "Ermənistanın Baş naziri son müsahibəsində növbəti dəfə yalan danışıb və Azərbaycana böhtan atıb. Bir yandan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq” deyib, o biri tərəfdən 2021-2026-ci il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verməklə, beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbaycandan kənar bir ərazi kimi təqdim etməklə sülh müqaviləsi olmur.", - deyə icmanın bəyanatında bildirilib.
- Baxış: 91