Kürdəmir sakini anası və həmkəndlisini qətlə yetirib, bir nəfəri isə yaralayıb. Hadisə Şıxımlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Hadisə nəticəsində Nəsibə Aliyeva və Famil Şükürov ölüb, Vüqar Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hazırda ibtidai istintaq davam edir.
- Baxış: 166