Almaniya Bundestaqının üzvü Frank Şvabenin son vaxtlar Azərbaycana qarşı fəaliyyətini təlxəklik kimi xarakterizə etmək olar. Bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. "Şvabe kimi uğursuzun qəzəbi bir daha onu göstərir ki, Azərbaycan təkcə işğalçı Ermənistanı deyil, onun arxasında duran bütün qüvvələri məğlub edib və həmin dairələr indi Azərbaycandan məhz buna görə qisas almaq istəyirlər. Lakin tarix göstərir ki, Frank Şvabe kimi əli qələmli səlibçilər Azərbaycanın iradəsinə zərrə qədər təsir göstərə bilməz", - deyə bəyanatda qeyd edilib
- Baxış: 144