• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 08.02.2024 13:29

İƏT PA: Azərbaycanda seçki prosesi çox şəffaf keçib, demokratik dəyərlər dəstəklənib

KepezTV Player

Azərbaycanda seçki prosesi çox şəffaf keçib, heç bir problemə rast gəlinməyib, demokratik dəyərlər dəstəklənib. Bunu İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının heyət rəhbəri Salma Coveira Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Salma Koveyra - İƏT PA-nın direktor müavini: "Həqiqətən seçicilərin aktivliyi çox yüksək olub. İnsanlar bir daha göstərdilər ki, onlar Azərbaycanda demokratiyanın davamlılığına inanır və etibar edirlər. Hesab edirəm ki, Azərbaycanda keçirilmiş bu prezident seçkiləri onun daha çox irəliləməsinə və inkişafına, bu prosesin davamlı olmasına öz töhfəsini verəcək. Pakistan və Pakistanın Milli Assambleyası olaraq biz müxtəlif əməkdaşlıq variantlarını bir daha nəzərdən keçirməyə, araşdırmağa, arzularımızı birgə reallığa çevirməyə daim hazırıq. Ümid edirəm ki, bu əməkdaşlığı birgə genişləndirməklə ölkələrimiz regiondakı sülhə və əmin-amanlığa töhfələrini verə, eyni zamanda, aparıcı rol oynaya bilər”.