KepezTV Player
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vədlər verərək, vətəndaşlara məxsus maddi vəsaitləri mənimsəməkdə şübhəli bilinən şəhər sakini Elşad İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, vətəndaşların etibarından istifadə edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün yalan vədlər verib və zərərçəkənlərin, ümumilikdə, 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 154