• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 08.02.2024 11:31

Əlahiddə Ümumqoşun Orduda 2024-cü tədris ilinin ilk dərs və məşğələləri keçirilir

KepezTV Player

“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, dərs və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.