• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 07.02.2024 21:00

Keçmiş məcburi köçkünlər seçki fəallıq nümaiş etdiriblər

122 saylı Xankəndi Seçki Dairəsinin 11 saylı seçki Məntəqəsində də tələb olunan bütün qaydalara riayət olunaraq seçki prosesi həyata keçirilib. Xankəndidə qeydiyyatda olan vətəndaşlar üçün Hacıməlikədki seçki məntəqəsində növbədən kənar seçkilərdə fəal iştirak etmək üçün hər bir şərait yaradılıb. Məntəqədə 242 seçici qeydiyata alınıb.

Hacıməlik qəsəbəsində yaradılan və 361 seçicinin səsverməsi nəzərdə tutulan 121 saylı Laçın Seçki Dairəsinin 45 saylı məntəqəsində də fəallıq müşahidə olunub. Seçicilər laiqli namizədə səs verdiklərini bildiriblər.

 Gəncədə yerləşən 123 saylı Kəlbəcər seçki dairəsinin 64 məntəqəsi var ki, onlarda Respublikanın 46 şəhər və rayonunda yerləşir. Bu məntəqələrdən 10-nu isə Gəncə və ətraf rayonlarında fəaliyyət göstərir. Dairənin bütün məntəqələrində seçici fəallığı müşayət edilib.  Seçki dairəsi üzrə qeydiyyata alınan 55 min 572 seçicidən 10 nəfər 100 yaşdan, 1286 nəfər isə 80-100 yaş arası olub. İlk dəfə səs verənlərin sayı isə 5131 nəfərdir.


 Qeyd edək ki, bu dəfəki siyasi kampaniya milli dövlətçilik tarixində ‸Qarabağ işğaldan azad edildikdən sonra ilk dəfə reallaşdığı üçün tarixi  adlanır.