KepezTV Player
Azərbaycanda prezident seçkiləri ilə bağlı geniş təşkilati işlər aparılıb. Bu fikirləri jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov bildirib. Onun sözlərinə görə, müşahidəçilər qrupu öz işinə hələ ötən il dekabrın 18-də başlayıb və Azərbaycan qanunvericiliyini beynəlxalq standartlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə hansı dərəcədə uyğun olduğunu təhlil edib.
- Baxış: 72