• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 07.02.2024 09:19

Bu gün keçirilən növbədənkənar Prezident seçkilərində namizədlərin sayı 7-dir

KepezTV Player

Bu gün keçirilən növbədənkənar Prezident seçkilərində namizədlərin sayı 7-dir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş, Milli Məclisin deputatı Zahid Oruc, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Fazil Mustafa, Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən, işsiz Fuad Əliyev, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyanın sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Razi Nurullayevdir.