KepezTV Player
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Öldürülən silahlı şəxslərdən birinin qadın, biri kişidir. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Nazir qeyd edib ki, ölənlər hücum edən şəxslərdir. Hücum edənlərin terror təşkilatının üzvləri olduqları təsbit olunub.
- Baxış: 96