Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var. Onlar 6537 məntəqədə səs verəcəklər. Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov seçki günü iştirak edəcək müşahidəçilərin sayı, eyni zamanda xarici media qurumları haqqında da məlumat verib.
Məzahir Pənahov- MSK-nın sədri: “Seçkiləri 90 372 müşahidəçi izləyəcək. Bunlardan 89 366-ı yerli, 790-nı beynəlxalq müşahidəçidir. Növbədənkənar prezident seçkilərinə xarici medianın marağı böyükdür. Prezident seçkilərini 109 beynəlxalq media qurumundan 216 jurnalist izləyərək işıqlandıracaq”.
Məzahir Pənahov seçkilərdə şəffaflığın təmin edilməsi üçün yaradılan şəraitdən də danışıb.
Məzahir Pənahov- MSK-nın sədri: “1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sabah saat 07:30-dan bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Veb-kameralar vasitəsilə 1000 məntəqədə MSK saytından da müşahidə aparmaq olar. Dünyanın istənilən nöqtəsindən bunu etmək imkanı yaradılıb. Bütün addımlar atılıb ki, şəffaflıq baxımından bütün imkanlardan istifadə edilsin. Veb-kamera təcrübəsi Azərbaycana aiddir”.
MSK sədri bildirib ki, 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 məntəqə yaradılıb. Bu məntəqələrdə 23 mindən artıq seçici qeydə alınıb.
Azad Mustafayev
- Baxış: 121