Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Bağlanış oyununda “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “sarı-göylər”in qələbəsi ilə yekunlaşıb. Hesabı 19-cu dəqiqədə nominal meydan sahiblərinin heyətində Ehtiram Şahverdiyev açıb. Qonaqların hücumçusu Orxan Əliyev 28-ci dəqiqədə tarazlığı bərpa edib. Matçın 34-cü dəqiqəsində E.Şahverdiyev komandasının və özünün ikinci qoluna imza atıb. Oyunda son nöqtəni isə 69-cu dəqiqədə “sarı-göylər”in forvardı Amil Yunanov qoyub. Bu nəticədən sonra xallarını 20-yə çatdıran “Kəpəz” doqquzuncu pillədə qalıb. “Araz-Naxçıvan” isə 27 xalla altıncı yerdədir. Turnir cədvəlinə 50 xalla “Qarabağ” başçılıq edir.
- Baxış: 110