• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 05.02.2024 19:40

Prezident İlham Əliyev: Daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq

KepezTV Player

2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlər Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Bu barədə Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda bildirilib. Dövlət başçısı Azərbaycanın hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak etdiyini vurğulayıb. Xalqımızın bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmaqdan böyük qürur duyduğunu bildirib. "Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik" -deyə Prezident İlham Əliyev qeyd edib.