KepezTV Player
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.
Nəticədə 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir", - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
- Baxış: 139