• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2526
— 10.07.2018 14:00

Küçədə heyvan sürüyən cərimələndi

KepezTV Player

Ötən gün sosial şəbəkələrdə paytaxt küçələrinin birində iribuynuzlu heyvanın maşına bağlanaraq sürünməsinin görüntüləri yayılıb. Hadisə dərhal polis əməkdaşları tərəfindən araşdırılıb və məlum olub ki, hadisə Məhəmməd Xiyabani küçəsində baş verib. "Qazel" markalı avtomobilin sürücüsü, 43 yaşlı Rüstəm Kərimov bölməyə dəvət olunub və məsələdən peşman olduğunu bildirib. Ancaq haqqında Yasamal rayon DYP Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.