Samuxda kikboksinq üzrə açıq rayon birinciliyinə yekun vurulub. Gənclər və idman nazirliyinin, həmçinin Samux kikboksinq klubunun yaranmasının 17 illiyinə həsr edilən yarışda bir çox şəhər və rayonların 25 komandası iştirak edib. 300-ə yaxın idmançının qatıldığı birincilikdə bütün yaş qruplarından olan kikboksinqçilər rinqdə döyüşüb. 3 gün davam edən mübarizələrin son günü final görüşləri baş tutub. Yekunda Samux komandası birinci yerə layiq görülüb. Gəncə kollektivi ikinci, Kəlbəcər isə üçüncü pillədə qərarlaşıb. Mükafatçılar sırasında yer alan komandalara medal, fəxri fərman və kubok təqdim olunub.
Elnur Salamov - yarışın baş hakimi – “Yarışda həqiqətən də perspektivli idmançılarımız var. Az vaxtda məşq etməklərinə baxmayaraq biz istəyirik ki, onlar beynəlxalq arenada çıxış etsinlər. İnanırıq ki, həmin idmançılar dünya və respublika səviyyəli yarışlarda yaxşı mövqelərdə qərarlaşacaqlar. Bütün kikboksinq klublarında bacarıqlı idmançılar var. İldən-ilə də bu idmanla məşğul olanların sayı artır. Onu deyə bilərəm ki, bu il Samux rayonunda iki idmançımız ölkə çempionu adına layiq görülüb.”
Orxan Cəfərzadə
- Baxış: 655