• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2006
— 02.02.2024 17:00

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi ilə bağlı məlumatlandırma görüşü keçirilib

KepezTV Player

Gəncədə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində benefisiarlara “Həvəsləndirmə və Biznes mükafatları” haqqında məlumatlandırma görüşü keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan layihədə 2021-ci ilin dekabr ayından etibarən, istehsal və xidmət istiqamətləri üzrə aktiv almış, biznes fəaliyyəti göstərən şəxlər iştirak ediblər. Onlara müsabiqənin şərtləri və tələb olunan meyarlar barədə məlumat verilib. Bildirilib ki, müsabiqənin sonunda seçim şərtlərinə uyğun olan benefisiarlara mövcud biznes fəaliyyətlərini daha səmərəli şəkildə davam etdirmələri və inkişafı üçün əlavə avadanlıqların verilməsi nəzərdə tutulub. Daha sonra benefisiarları maraqlandıran suallar cavablandırılıb. Məlumatlandırma görüşlərinin bütün regionlarda davam etdirilməsi planlaşdırılıb.

Aişə Rzayeva