Verilmiş məlumata əsasən “Google” şirkəti gələn il təqdim olunacaq “Pixel 10” smartfon seriyası tərkibində özü tərəfindən hazırlanmış “Tensor” prosessorunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, son illər ərzində Pixel smartfonlarında istifadə edilən Tensor prosessorları Samsung-un yardımı ilə hazırlanır. Beləliklə “Pixel 10” smartfon seriyası tərkibində istifadəyə veriləcək Tensor prosessoru “Samsung Exynos”-u kopyalamayacaq. Bəzi məlumatlara əsasən prosessorun istehsalı ilə TSMC şirkəti məşğul olacaq və üstəlik onun 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Gözləntilərə əsasən prosessorun test versiyaları artıq bu ilin ortasında hazır olacaqlar. Prosessor süni zəka tapşırıqlarının yerinə yetirilməsinə istiqamətlənəcək və çox güman ki, “Tensor G5” adını əldə edəcək.
- Baxış: 166