• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 01.02.2024 19:57

Seçkiyə hazırlıq 4 dairə üzrə yekunlaşıb

KepezTV Player

38 saylı Gəncə birinci seçki dairəsinin 38 məntəqəsində 53 min 185 seçici qeydiyyata alınıb. Dairənin ərazisində yerləşən N saylı hərbi hissədə də seçki məntəqəsi fəaliyyət göstərəcək. Quraşdırılan veb-kameralar vasitəsilə 13 seçki məntəqəsində prosesi canlı izləmək olacaq.  DSk üzrə 3600 nəfər ilk dəfə, 18 yaşı tamam olan 86 seçici isə seçki günü konstitusion hüququndan istifadə edəcək. 80-100 yaş arası 8085 nəfər  seçici qeydə alınıb. 6 nəfərin evinə isə səsvermə günü daşınan qutular aparılacaq. 

Elnurə Yusifova- 38 saylı DSK-nın 8 saylı MnSK-nın sədri: “Bizim məntəqə üzrə 1483 nəfər seçicimiz var. Daşınan qutuya 1 nəfər seçicimiz var. 10 nəfər seçimiz isə ilk dəfə səs verəcəkdir. Qalan seçicilərimizə də bildirişlər paylanıbdır. Bizdə qeydiyyatdan keçən müəyyən partiyaların müşahidəçiləri var. Öz təşəbbüsləri ilə olan müşahidəçilərimiz var. Onların hər birinə vəsiqələr paylanılıbdır, məlumatlandırılıblar”.

50 min 147 seçicinin siyahıya alındığı 39 saylı Gəncə ikinci Dairə Seçki Komissiyası üzrə 36 seçki məntəqəsi var. 11 məntəqədə veb-kameralar quraşdırılıb. Fevralın 7-də dairə üzrə 2001 nəfər ilk dəfə səs verəcək. 843 nəfər isə 80-100 yaş arası olan seçilərdir.

Ülviyyə Ələkbərova- 39 saylı DSK-nın 15 saylı MnSK-nın üzvü: “Əsasən işimiz ondan ibarətdir ki, əvvəlcə seçici siyahılarının dəqiqləşdirilməsi, 18 yaşa çatmış vətəndaşlar, həmçinin qeydiyyata alınmış, qeydiyyatdan çıxmış vətəndaşları müəyyənləşdirməkdir. Hazırda bildirişlərin ünvanlara çatdırılması, paylanması həyata keçirilir”.

38 mənqəsi olan 40 saylı Gəncə üçüncü seçki dairəsində 51 min 100 seçici növbədənkənar prezident seçkilərində səsvermə hüququna malikdir. 10 seçki məntəqəsində quraşdırılan veb-kameralarla yanaşı, dairə üzrə daha 3 qapalı məntəqə də fəaliyyət göstərəcək. Bütün məntəqə seçki komissiyalarının girişində seçicilərin siyahısı yerləşdirilib. Dairə üzrə 3100 seçici ilk dəfə səs verəcək, seçkini 400-dən artıq müşahidəçi izləyəcək.

Sədaqət Məmmədova- seçici: “Mən də gəldim və adımı siyahıda gördüm. Artıq bilirik ki, 7 fevral seçkilər günüdür. Biz də ən layiqli namizədimizə səs verəcəyik”.

Elbar Əhmədov- 40 saylı DSK-nın sədri: “Yeni yaradılan 8 yeni məntəqəmiz var. O 8 məntəqə tam hazır vəziyyətdədir. Onun bütün təchizatı - stol, stul, müxtəlif ləvazimatların hər biri, generatorlara kimi tam hazır vəziyyətdədir. Yeni yaradılan məntəqələrin həlledici səs hüquqlu üzvləri bütün treninqlərdən keçib”.

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 21 məntəqəsi Gəncədə, 14-ü Samuxda, 12-i isə Goranboyda yaradılıb. 50 min 784 seçicidən 2666-sı ilk dəfə səs verəcək.

Mərkəzi Seçki Komissiyasının 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsi üzrə yeni məntəqələr yaradılıb. Bu məntəqlərdən biri də 20 saylı məntəqədir. Məntəqə bütün avadanlıqlarla təmin edilib. Səsvermə üçün yeni qutular qoyulub. Bundan başqa da daşınan qutularla da təmin edilib. Həmçinin məntəqədə 8 ədəd səsvermə kabinələri də yaradılıbdır.

Seçkiləri dairənin 8 məntəqəsində quraşdırılan veb-kameralar vasitəsilə canlı izləmək olacaq. 384 müşahidəçinin qeydə alındığı dairə üzrə 883 nəfər 80-100 yaş arası olan seçicilərdir. Eləcə də DSK üzrə ən yaşlı seçicilər Goranboyun Düzqışlaq kənd sakini 104 yaşlı Ayla Musayeva 43 saylı məntəqədə, 106 yaşlı Faxralı kənd sakini Hava Qəhrəmanova isə 45 saylı məntəqədə səs verəcəklər. 

Elnur Vahidoğlu