2010-cu ildə İngiltərənin Şropşir əyalətində Pat və Diana Farla cütlüyü cümə şənliyi keçirərkən onlar evin divarlarında altı fut uzunluğunda olan, düzbucaqlı lövhənin arxasına baxmaq qərarına gəlirlər. Plitəni götürdükdən sonra onları kiçik, yeraltı kilsəyə aparan bir çuxur aşkar edirlər. Burda zirzəmiyə bənzəyən məkanda dini xarakter daşıdığını təsdiqləyən oturacaqlar var idi. Səlahiyyətlilər inanırlar ki, bu yeraltı kilsə əsrlər əvvəl İngiltərənin çoxsaylı dini müharibələrindən biri zamanı, dini təqiblərdən qaçan camaat tərəfindən istifadə olunub. Tapılan abidənin dəyəri isə inflyasiyaya görə $10,000-$50,000 arasındadır.
Dünyada seçilən ən qiymətli geyimlərdən bir neçəsi məhz Merlin Monroya aid olub. Onlardan biri də "Doğum günü" adlanırdı. Bu paltar dizayner Jean Luis tərəfindən 1952-ci ildə John F. Kennedinin ad günü üçün hazırlanıb. Şəffaf nazik parçadan hazırlanan paltar, altı mindən çox kiçik briliyantlar ilə bəzədilib. Merlin Monronun bu geyiminin qiyməti təxminən 12 min dollar idi. O dövr üçün bu, inanılmaz məbləğ sayılırdı. Merlin, prezidenti təəcübləndirmək üçün həmin paltarı şifariş edir. Jean Luisin şah əsəri olan həmin geyim 1999-cu ildə "Gotta Have It" şirkəti tərəfindən 1 milyon dollara alındı. Modelyerlərin fikrincə, bu paltar onların ödədiyi məbləğdən daha bahadır.
Royal Thai kimi bilinən bu dil, Tayland Kral ailəsinin bir-birinə müraciət etməsi üçün istifadə olunur. Khmer dilindən təsirlənən bu dilin tarixi çox qədimdir və hazırda da yalnız kral ailəsi üçün keçərlidir. Kral ailəsi Royal Thai danışıq dilini, ailə kənarındakı kimsə başa düşməsin deyə istifadə edirlər.
Lalə Sadıqova
- Baxış: 116