KepezTV Player
Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz qayıdışının səmərəli təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icrası təmin olunmalıdır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin kollegiya iclasında deyilib. Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, regional idarəetmə və məcburi köçkünlərin status sənədləri, mövcud mənzil fondunun istismarı və istifadəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb, rəy və təkliflər səsləndirilib.
- Baxış: 83