Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatlar aparılıb, Ordumuzun döyüş qabiliyyəti daha da gücləndirilib. Bütün bunlar ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdi. Bu barədə Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub. Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
- Baxış: 116