• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 29.01.2024 16:02

Hülusi Akar: "Əsas məqsəd Cənubi Qafqazda sülhdür"

Azərbaycan və Türkiyə şəhidləri bizim qardaşlığımızın, birliyimizin çox önəmli sübutlarıdır. Bunu jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar söyləyib. Azərbaycan və Türkiyənin birgə təlimlər keçirdiyini, müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq etdiyini xatırladan Hulusi Akar hazırda əsas məqsədin bölgədə sülh və Cənubi Qafqazın gələcəyi olduğunu da vurğulayıb.

Hulusi Akar - TBMM-in Milli müdafiə komissiyasının sədri: “Əsas məqsədimiz bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır. Bu baxımdan biz Azərbaycanın Ermənistana etdiyi sülh təklifinin İrəvan tərəfindən qısa zamanda qəbul olunmasına və tezliklə bölgəyə sabitliyin gəlməsinə çalışırıq”.

Bəzi ölkələr Ermənistana proksi-dövlət libası geyindirmək istəyirlər. Əgər Ermənistan onların dediklərinə əməl edərsə, necə ki, 44 günlük savaşda çox ciddi zərər gördü, bundan sonra da eyni vəziyyətlə qarşılaşa bilər.