• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 29.01.2024 12:05

Fevralın 1-dən avtomobillərin texniki baxışı zamanı utilizasiya haqqının ödənilməsi tələb olunacaq

KepezTV Player

1 fevraldan Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi tələb olunur. Bu, Prezident İlham Əliyevin bir neçə gün əvvəl “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında imzaladı Sərəncamda qeyd edilib.