KepezTV Player
Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir. Separatçı Vardanyanın həbs müddətinin 4 ay müddətinə uzadılması qərarından verilən şikayət təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb. Digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham irəli sürülüb.
- Baxış: 112