• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 27.01.2024 16:48

Niderland xarici işlər naziri Hanke Bruins Slotun açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Niderland xarici işlər naziri Hanke Bruins Slotun açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Xarici İşlər Nazirliyindən vurğulanıb ki, növbəti dəfə Niderland rəsmisi Parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir. "Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq.", - deyə nazirlikdən qeyd edilib.