• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 27.01.2024 15:17

Prezident İlham Əliyev sərəncamlar və fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini də təsdiqləyib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

Prezident İlham Əliyev fərman imzalayıb

Dövlət başçısı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman da imzalayıb.