KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanına gələrək Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib. Şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın İrandakı Səfirliyi iki amil əsasında bərpa edilə bilər. “İlkin olaraq terror əməli ilə bağlı qərar qəbul edilməsi, ikinci amil səfirliyin tam təhlükəsizliyinə zəmanət verilməsidir. Biz bundan tam arxayın olmalıyıq”, - deyə nazir qeyd edib.
- Baxış: 137