• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 24.01.2024 09:28

Dağlıq rayonların bəzi yollarında çətinliklər yaranıb

KepezTV Player

Qərb bölgəsində güclü qar yağır, dağlıq rayonların bəzi yollarında çətinliklər yaranıb. Axşam saatlarında qarın yağması daha da güclənib. Bu səbəbdən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib. Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.