• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 24.01.2024 09:26

Güclü partlayış olub, 5 nəfər həlak olub

KepezTV Player

Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşını şəhərin küçələrindən birində alovlanıb və partlayıb. Partlayış dalğası qaz çənini yük maşınından 30-40 metr məsafəyə aparıb. Partlayışdan sonra yanğın yerli bazara, yaşayış binalarına və avtomobillərə yayılıb. Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Onların arasında üç xilasedici və iki yerli sakin də var. Daha on nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Yanğın nəticəsində 20-yə yaxın avtomobil yanıb.