Xarici İşlər Nazirliyi tərəfindən ölkə hüdudlarından kənarda Prezident seçkilərinin təşkili üzrə İş planı təsdiqlənib. Bu barədə bu gün Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının birgə brifinqində bildirilib. Növbədənkənar Prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Seçki ilə əlaqədar operativliyin və nəzarətin təmin edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə XİN tərəfindən İşçi qrupu və 7-8 fevral tarixlərindən 24 saat fasiləsiz fəaliyyət göstərəcək Qərargah yaradılıb.
- Baxış: 69