Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində ittiham edilən Sənan Şəkərlinin yeri Kolumbiyada müəyyən edilib və o, həbs olunub. Şəxs ölkəmizə ekstradidiya edilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
- Baxış: 152