• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 20.01.2024 15:46

İsrail ordusunun zərbələri nəticəsində SEPAH-ın generalı və daha 4 zabiti ölüb

İsrail ordusunun Suriyanın Dəməşq şəhərini bombalaması nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun 5 əməkdaşı ölüb. Bu barədə xarici KİV məlumat yayıb. İran tərəfi xəbəri təsdiq edib. Hadisə Sepah üzvlərinin İrana aid bir qərargahda iclas keçirdiyi zaman baş verib. Sepahın Qüds qoşununun generalı və daha 4 zabiti ölüb. Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində həlak olub. Məlumata görə, hücum 3 təyyarə ilə reallaşdırılıb. İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb.