• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 20.01.2024 12:06

Qarabağ separatçılarının istintaqı davam edir

KepezTV Player

Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaqı beynəlxalq hüququn, beynəlxalq konvensiyaların normalarına riayət olunmaqla davam edir. Baş prokuror Kamran Əliyev deyib ki, onlara yekun ittiham elan ediləndən sonra işləri məhkəməyə göndəriləcək. Baş prokurorun sözlərinə görə, erməni separatçılar torpaqlar işğaldan azad edilməmişdən əvvəl Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstəriblər. Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.