Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ilk dəfə səs verən tələbələr ilə “Gəncin səsi, gələcəyin səsi” adlı görüş keçirilib. Maarifləndirmək məqsədi ilə keçirilən görüşdə müstəqil Azərbaycan tarixində ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışılıb. Səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşının bu seçkidə fəal iştirak etməsinin vacibliyinə toxunulub. Həmçinin ilk dəfə səs verən gənclərə də səsvermə hüququndan bəhrələnmək məsləhət bilinir.
Rəşad Əlizadə- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin sektor müdiri: “İlkin olaraq Aqrar Universitetdə təşkil olunur. Bizim digər yerlərdə də görüşlərimiz təşkil olunacaqdır. Hətta bununla bağlı əyani vasitələrimiz də hazır olunur ki, digər gənc kütləsini məlumatlandırmağa nail olaq”.
Səbinə Rzazadə- tələbə: “Gəncədə yaşıyıram. Bu il ilk dəfə seçkilərdə iştirak edəcəm. Bunun üçün çox həyacanlıyam. Eləcə də bu, çox qürurlu bir hissdir. Öz seçdiyim layiqli namizədi irəli sürəcəm və ona səs verəcəm. Həqiqətən qürurlu bir hissdir ki, müstəqil Azərbaycan Respublikasında bu cür səsvermələrdə iştirak etməyə haqqım var”.
Elnur Rzayev
- Baxış: 672