• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 17.01.2024 18:42

İtaliyalı ekspert: "İmarət" Kompleksindəbərpa işləri iki mərhələdə aparılacaq

KepezTV Player

Ağdamda yerləşən, erməni vandallığı nəticəsində dağıntılara məruz qalan Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksində bərpa işləri davam etdirilir. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. Kompleksin restavrasiyası ilə  tanışlıq zamanı - qədim abidələrin bərpası üzrə beynəlxalq ekspert Alessandro Bianki bildirib ki, proses iki əsas hissəyə ayrılıb. Birinci hissə restavrasiyadan, yəni binanın fiziki bərpasından ibarətdir. İki əsas bina və beş mavzoleydən ibarət kompleksdəki işlərin ikinci hissəsi isə tamamilə dağıdılmış məzarlığın bərpası ilə bağlıdır.

Alessandro Bianki- qədim abidələrin bərpası üzrə beynəlxalq ekspert: “Ermənilər işğaldan sonra buradan heyvanlar - donuzlar, inəklər və s. üçün tövlə kimi istifadə edib və bütün məzarlıqları xaraba qoyublar. Azərbaycan əraziləri işğaldan azad olunandan qısa müddət sonra biz buraya gələndə abidənin dağıdıldığını, təhqir olunduğunu və təyinatı üzrə istifadə olunmadığını aşkarladıq. İndi isə məsələ Azərbaycanın kollektiv yaddaşı üçün çox mühüm olan bu kompleksi necə bərpa etməkdən ibarətdir”.

Vüsalə Cənnətova