• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1279
— 15.01.2024 10:10

Böyüyün sözü, ya kiçiyin arzusu?

Böyüklərimizin düşüncəsi həyatımızda önəmli yer kəsb etsə də, öz seçimlərimizlə həyata davam etməyi bacarmalıyıq. Bu gün isə bu haqda danışacağıq: böyüyün sözü önəmlidir, ya kiçiyin arzusu?

Atalardan biz belə eşitmişik: “Yol böyüyün, su kiçiyin. Böyük danışanı kiçik götürər”. Bu məsəldən əsasən, hörmət, ehtiram bildirmək, izhar etmək lazım gəldiyi vaxt istifadə olunur. Bəzən müsbət mənada deyilsə də, çox vaxt sarkazm mənasında da işlədilir. Bəs gənclər bununla yanaşı öz fikirlərini nə dərəcədə irəli apara bilirlər? Onların həyatında yer tutan əsas faktorlardan danışacağıq.

Nəzrin Kazımova- tələbə: "Çox vaxt valideynlərim öz sözünü desə də, arzularımın arxasınca qaçmağı seçirəm. Çünki belə, daha xoşbəxt oluram".

Müsahibimizin dediklərinə nəzərən deyə bilərik ki, hər gənc həyatında çətinliklərlə üzləşə bilər. Ancaq bu, öz əlimizdədir. Nə danışmalı, necə davranmalı? Seçim bizə məxsusdur.

Valideynlərin mühakiməsi çox vaxt sosial şəbəkələrlə bağlı olur. Onlar hətta iradlarını bildirdikdə gəncin arzuları və xəyalları zədələnir.

Rəvan Abbasov- tələbə: "Sosial şəbəkə mənim üçün önəmlidir. Ətrafımdakı insanlar bu fikri sevməyə bilər. Lakin, düşünürəm ki, əsas özümün düşüncələrimdir".

Kimlərinsə müdaxiləsindən asılı olmayaraq bilməliyik ki, “bu günkü söz, sabahkı sözün körpüsüdür". Arzularımızın ucsuz-bucaqsız olması və reallaşması diləyi ilə...

Tellan Zeynalova