• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 14.01.2024 20:10

Qərb bölgəsinin dağlıq rayonlarında avtomobillərin hərəkətində qismən çətinlik yaranıb

KepezTV Player

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Qərb bölgəsinin ucqar rayonlarının avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görən aidiyyəti qurumlar öz işlərini davam etdirirlər. Yola duzla qarışıq qum səpilir. Gəncə-Daşkəsən və Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımı adlanan hissəsində təhlükəsizliyi təmin etmək üçün analoji işlər aparılır. Kəskin hava şəraiti və qarın yağması səbəbindən bu yolda hərəkət edən nəqliyyat vasitələrinin sayı azalıb. Şəmkir-Yeni Göyçə və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında da aidiyyəti qurumların əməkdaşları tərəfindən avtomobillərin hərəkətində çətinliklərin olmaması istiqamətində işlər davam etdirilir.

Azad Mustafayev