KepezTV Player
Azərbaycan Texnologiya Universitetində əsası yeni qoyulmuş İctimai Şuranın ilk iclası keçirilib. İclasda 9 nəfərdən ibarət şura üzvləri iştirak edib. İclas şuranın əsasnaməsi ilə tanışlıq və akademik Fuad Əliyevin İctimai Şuranın sədri seçilməsi ilə başlayıb. Şura üzvlərinin ilk işi cari tədris ilinin qış imtahan sessiyası ilə tanış olmaq olub. Tələbələrin diqqətinin yayınmaması üçün imtahan prosesi xüsusi otaqda monitorlar vasitəsi ilə izlənilib. Şura üzvləri İmtahan və Apellyasiya Komissiyalarının fəaliyyətləri ilə də maraqlanıblar, cavabların yoxlanılması prosesini izləyiblər. İctimai Şura Gəncədə fəaliyyət göstərən universitetlər arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.
Aişə Rzayeva
- Baxış: 79