• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 10.01.2024 12:15

Casusluqda ittiham olunan fransıza dair açıqlama

KepezTV Player

"Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir". Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə belə deyib. Bildirib ki, Fransa vətəndaşı Martin Rian dekabr 4-ü tarixində 276-cı casusluq maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində şübhəli bilinərək saxlanılıb. Onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib.