KepezTV Player
6 maskalı şəxs Ekvadorda telekanala hücum edərək canlı yayımda olanları girov götürüb. Dərhal əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib. Girovlar azad olunub. Hücumun iştirakçıları isə saxlanılıb. Hadisənin ölkənin ən böyük narkotik şəbəkəsinin liderlərindən biri Adolfo Macias Villamar ilə bağlılığı olduğu bildirilib. Villamar saxlanıldığı həbsxanadan yoxa çıxdıqdan sonra Ekvadorda 60 günlük fövqəladə vəziyyət elan edilib. Həbsdən qaçan Macias 2011-ci ildə qətl və narkotik ticarəti də daxil olmaqla müxtəlif cinayətlərə görə 34 il azadlıqdan məhrum edilib.
- Baxış: 148