• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 09.01.2024 08:52

Papa Fransisk Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb

KepezTV Player

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətindən danışıb. Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan katoliklərin ruhani lideri tərəfləri sülh müqaviləsini imzalamağa çağırıb. O, köçkünlərin öz evlərinə qanuni və təhlükəsiz şəkildə qayıtmasını təşviq etmək, müxtəlif dini icmalara məxsus ibadət yerlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb. Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Roma Papasını ölkəmizdə keçiriləcək COP29 sessiyasında iştiraka dəvət edib.