Mərkəzi Seçki Komissiyası Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb. Qərar komissiyanın iclasında qəbul edilib. Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
- Baxış: 676