• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 29.12.2023 12:18

Fransa ilə münasibətlərdə pisləşmənin səbəbi onun ermənipərəst mövqeyidir

KepezTV Player

Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi Azərbaycanla münasibətlərdə müşahidə olunan pisləşmənin səbəbidir. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib. Elçin Əmirbəyov bildirib ki, uzun müddətdir Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar isə hərbi dəstək verən Fransa öz təxribatları ilə Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə olunması perspektivlərini sarsıtmağa çalışır. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarük etməsi Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi pozur.