Yeni il müxtəlif ölkələrdə eyni həvəs, ruh yüksəkliyi və coşqu ilə qarşılanır. Kimi bölgələrə səfər edərək, kimi isə ailəsi ilə birlikdə süfrə başında qeyd etməyə üstünlük verir.
İsa Niftaliyev– Tur təşkilatçısı: “Gənclərimiz qış aylarında yorğunluğunu çıxarmaq üçün, Şah dağ, Tufan dağ və Qəbələ bölgələrinə üz tuturlar. Orda qar və əyləncə mərkəzləri çox olduğu üçün, əylənirlər. Adi vaxtlarda turla bölgələrimizə getməyimə baxmayaraq, ailəmlə, sevdiklərimlə birlikdə keçirməyi düşünürəm”.
Hüseyn Barış – şəhər sakini: “Yeni ili Laplandiyada keçirmək istəyirdim, amma müəyyən maddi sıxıntılar olduğu üçün, bu il arzularımız real olmayacaq, inşallah, gələn il baş tutar. Bu Yeni ili ailəmlə birlikdə Qəbələdə keçirdəcəyəm. Hər kəsə uğurlar, xoş günlər və gözəllik arzu edirəm”.
Əsgərova Günay
- Baxış: 186